Bank Of Baku

Bu ilin payızında “İteca Caspian”-ın təşkilatçılığı ilə Azərbaycanda 11 beynəlxalq sərgi keçiriləcək

Bu ilin payızında “İteca Caspian”-ın təşkilatçılığı ilə Azərbaycanda 11 beynəlxalq sərgi keçiriləcək
# 12 avqust 2008 09:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA-Economics. Böyük Britaniyanın “İTE Group” şirkəti və onun Qafqazdakı eksklüziv partnyoru olan “İteca Caspian” bu ilin payız sərgi mövsümündə Azərbaycanda 11 layihə təqdim edəcək. “İteca Caspian”dan “APA-Economics”ə verilən məlumata görə, mövsümü Beynəlxalq Gəncə İnfrastrukturu Sərgisi” açacaq. Sentyabrın 22-dən 24-dək keçiriləcək sərgi iqtisadiyyatın ən vacib sektorlarını, o cümlədən inşaat və interyer, qida sənayesi, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları, energetika, səhiyyə, nəqliyyat, infrastruktur və xidmət sahəsini əhatə edəcək. Sərgi çərçivəsində 2-ci Azərbaycan Regional İnşaat Sərgisi də keçiriləcək. Sentyabrın 24-dən 27-dək isə 14-cü Azərbaycan Beynəlxalq Səhiyyə, 3-cü Azərbaycan Beynəlxalq Stomatologiya və 2-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgiləri təşkil olacaq. Beynəlxalq Səhiyyə Sərgisində 19 ölkədən 100-dən çox şirkətin iştirakı gözlənilir.

Oktyabrın 22-də isə Xəzər regionunun ən iri inşaat sərgisi “BakuBuild” işinə başlayacaq. Sərgidə 23 ölkənin 210-dan çox şirkətinin iştirakı gözlənilir. Sərginin təxminən 30%-ni sərgiyə və ölkə bazarına ilk qədəm qoyan şirkətlər təşkil edəcək. “BakuBuild” sərgisi ilə yanaşı, 3-cü Xəzər Beynəlxalq Daşınmaz Əmlak və 6-cı Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgiləri keçiriləcək. Sərgilər oktyabrın 25-də başa çatacaq.
Oktyabrın 2-dən 4-dək isə 2-ci Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi təşkil olunacaq. Bu sərgi çərçivəsində 1-ci Azərbaycan Beynəlxalq Kitab Yarmarkasının da keçirilməsi gözlənilir.

Xəzər regionunun daha bir iri layihəsi olan 14-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi və Konfransı oktyabrın 11-dən 14-dək keçiriləcək. Bu il sərgidə kommersiya şirkətləri ilə yanaşı, 10-dan çox Koreya şirkətini təmsil edəcək Milli Stend də təqdim olunacaq. Sərgidə ilk dəfə olaraq, ORT Ümumdünya Teleradioyayım Şəbəkəsi təqdim olunacaq. Sərginin ən əlamətdar hadisəsi isə Regional Nazirlər Görüşü olacaq. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun təşkilatçılığı ilə baş tutacaq bu görüşün mövzusu “Yüksək sürətli TransAvrasiya İnformasiya Magistralı”dır.

Sərgi ili mövsümün debütü olan 1-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi ilə yekunlaşacaq. Sərgi noyabrın 5-7-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR