Bank Of Baku

Azərbaycanın cənub rayonları, Naxçıvan MR və İranla telefon əlaqəsində problemlər yaranıb

Azərbaycanın cənub rayonları, Naxçıvan MR və İranla telefon əlaqəsində problemlər yaranıb
# 12 avqust 2008 14:45 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA-Economics. Bakı-İran sərhədi istiqamətində Trans-Asiya-Avropa (TAE) fiber-optik magistral kabel xətti zədələnib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov “APA-Economics”ə bildirib ki, “Aztelekom” İstehsalat Birliyinin Kabel Magistralları Texniki Qovşağının dəfələrlə mühafizə-izahat işləri aparmasına və yazılı xəbərdarlıqlar etməsinə baxmayaraq, avqustun 12-də saat 11.51-də Cəlilabad paylayıcı enerji şəbəkəsinin əməkdaşları Göytəpə şəhərinin girişində elektrik dirəkləri basdırarkən Trans-Asiya-Avropa (TAE) fiber-optik magistral kabel xəttini qırıblar.

Nəticədə İran və Naxçıvan, həmçinin Masallı, Lənkəran, Astara rayonları istiqamətində telefon rabitəsi bir neçə saat ərzində dayanıb, rabitə müəssisələrinə külli miqdarda ziyan dəyib.

Rabitə işçiləri yaranan problemi aradan qaldırmaq üçün həmin gün saat 14.25-də qeyd edilən istiqamətlərdə rabitəni müvəqqəti bərpa etməyə nail olublar. Hazırda rabitənin tam bərpa olunması üçün işlər davam etdirilir. Bərpa işlərinə RİTN-in qəza xidməti dəstəsi də cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR