Bank Of Baku

Azərbaycan paytaxtında 55 mərtəbəli yaşayış binası tikilir

Azərbaycan paytaxtında 55 mərtəbəli yaşayış binası tikilir
# 12 avqust 2008 15:12 (UTC +04:00)
Şəhər üzrə tikintisi aparılan binalarda orta mənzil sahəsi ötən aydakı 120,5 kv,m-dən 119,7 kv.m-ə (- 0,7%) qədər azalıb. Orta blok göstəricisi iyun ayındakı kimi 2,3 blok olub. Mərtəbə göstərici isə 14,9 mərtəbədən 15,1 mərtəbəyə yüksəlib. Bakı şəhəri üçün ən hündür mərtəbə 23 mərtəbə hesab edilirdisə, artıq paytaxtda 55 mərtəbəli yaşayış binasının təməli qoyulub. İyul ayında qiymət artımı Yasamal, Nərimanov, Səbayel, Xətai, Nəsimi, Nizami və Sabunçu rayonlarında qeydə alınıb. Digər rayonlarda qiymətlərdə sabitlik müşahidə edilib.

Yeni tikilən binalarda 3 otaqlı mənzillər ümumi portfeldə ən çox paya malikdir. Otaqların yerləşməsinə gəldikdə, 5 otaqlı mənzillər, əsasən şəhərin I zonasının, 1 otaqlı mənzillər isə daha çox III zonanın payına düşür. İyul ayında mənzillərin orta sahəsi 1 otaqlılar üzrə 58,6 kv.metr (ötən ay 58,7), 2 otaqlılar üzrə 92,8 kv.metr (ötən ay 92,7), 3 otaqlılar üzrə 133,4 kv.metr (ötən ay 135,7), 4 otaqlılar üzrə 180,8 (ötən ay 180,4), 5 otaqlılar üzrə isə 257,9 kv.metr (ötən ay 233,8) təşkil edib.

İyul ayında Bakıda tikintisi davam etdirilən yeni tikililərin sayı ötən bir ayla əvvəllə müqayisədə 1,98% artaraq 566-ya çatıb. Bu binaların inşası 215 tikinti təşkilatı tərəfindən aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR