Bank Of Baku

Bakı-Gürcüstan sərhədi avtomobil yolunun Kürdəmir dairəvi hissəsində yenidənqurma işləri başa çatıb

Bakı-Gürcüstan sərhədi avtomobil yolunun Kürdəmir dairəvi hissəsində yenidənqurma işləri başa çatıb
# 13 avqust 2008 14:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bakı-Gürcüstan sərhədi avtomobil yolunun Kürdəmir dairəvi hissəsində yenidənqurma işləri başa çatıb. Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib. «Azəryolservis» rəsmisinin sözlərinə görə, yolun yaxın bir həftə ərzində istismara verilməsi planlaşdırılır.

Bakı-Gürcüstan sərhədi avtomobil magistralının Hacıqabul-Kürdəmir hissəsinə düşən Kürdəmir dairəvi yolunun uzunluğu 11,6 km-dir. Yol II texniki dərəcəli, iki hərəkət zolaqlıdır. Magistralda yenidənqurma işləri İtaliyanın «Todini» şirkəti tərəfindən aparılıb.
Xatırladaq ki, 85,6 km-lik Hacıqabul-Kürdəmir yolunun 75 km-lik, 2 zolaqlı hissəsi 2007-ci ilin dekabr ayında istismara verilib.

Qeyd edək ki, layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir. Layihənin maliyyələşdirilməsinə dair kredit sazişi 2004-cü il iyulun 22-də imzalanıb. AYİB bu məqsədlə Azərbaycan hökumətinə illik Libor+1% dərəcəsi ilə 41 mln. ABŞ dolları məbləğində (ilk 3 ili güzəştli olmaqla, 15 il müddətinə) kredit ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR