Bank Of Baku

Xəzər Dəniz Neft Donanması gəmilərin təmiri üçün tələb olunan ehtiyat hissələrinin alınmasına dair tender elan edib

Xəzər Dəniz Neft Donanması gəmilərin təmiri üçün tələb olunan ehtiyat hissələrinin alınmasına dair tender elan edib
# 13 avqust 2008 14:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Xəzər Dəniz Neft Donanması “Andoqa”, “MPK” və digər gəmilərin təmiri üçün tələb olunan ehtiyat hissələrinin alınması məqsədi ilə tender elan edib. Bu barədə «APA-Economics»ə tender komissiyasından məlumat verilib.

Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Xocalı prospekti 13 ünvanında yerləşən Xəzər Dəniz Neft Donanmasının Marketinq şöbəsinə (tel/faks: 490-20-26) müraciət etdikdən sonra və tenderdə iştirak haqqı kimi 200 ABŞ dolları və bu məbləğin 18%i qədər əlavə dəyər vergisi (cəmi 236 ABŞ dolları) və ya manatla Milli Bankın ödəniş gününə olan məzənnəsi ilə ödədikdən sonra tender sənədlərini ala bilərlər.

Avadanlıqların və ehtiyat hissələrinin yükalanın ünvanına müqavilə imzalandığı tarixdən etibarən 3 ay müddətindən gec olmamaq şərti ilə çatdırılması tələb olunur. İşlərin dəyəri isə mal göndərildikdən sonra 1 il ərzində hissə-hissə ödəniləcək. Tenderdə iştirak etmək istəyən iddiaçılar sənədləri sentyabrın 25-nə, tender təklifini isə oktyabrın 6-dək təqdim etməlidir. Tender təklifləri oktyabrın 7-də açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR