Bank Of Baku

Azərbaycan Dövlət Dəmir Yolunun gənc mütəxəssisləri gələn həftə Seula gedəcəklər

Azərbaycan Dövlət Dəmir Yolunun gənc mütəxəssisləri gələn həftə Seula gedəcəklər
# 15 avqust 2008 08:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayının 21-dən sentyabrın 11-dək Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) bir qrup gənc mütəxəssisi Seula (Cənubi Koreya) səfər edəcək.
ADDY-dən «APA-Economics»ə verilən məlumata görə, texniki-istehsalat xidmətinin şöbə rəisi Ağarəşid Nəcəfovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə «Elektrik təchizatı» İstehsalat Birliyinin baş mühəndisi Mərdan Quliyev, «İşarəvermə və rabitə» İstehsalat Birliyinin baş mühəndisi Nizami Dəmirov, «Yol təsərrüfatı» İstehsalat Birliyinin rəis müavini Cümşüd İsgəndərov, xüsusi şöbənin rəis müavini Cavid Nəzirzadə, xarici əlaqələr xidmətinin protokol şöbəsinin rəisi Orxan Hüseynov, hərəkətin təhlükəsizliyi üzrə dalan yolların inspektoru Vaqif Məmmədov, «İşarəvermə və rabitə» İstehsalat Birliyinin baş administratoru Fuad Rəhimov, Sərnişin Daşıma İstehsalat Birliyinin mühəndisi Sədri Cavadov, Biləcəri Lokomotiv Deposunun teplovozların təmiri üzrə baş ustası Ceyhun Aslanov daxildirlər.
Koreyaya səfər zamanı azərbaycanlı mütəxəssislər Seulda «Dəmir yolu quruculuğu menecmenti» adlı treninq-təlim kurslarında iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR