Bank Of Baku

Azərbaycanın sürətli poçt xidməti Ümumdünya Poçt İttifaqının qızıl səviyyəli sertifikatına layiq görülüb

Azərbaycanın  sürətli poçt xidməti Ümumdünya Poçt İttifaqının qızıl səviyyəli sertifikatına layiq görülüb
# 15 avqust 2008 14:41 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Ümumdünya Poçt İttifaqının (ÜPİ) EMS Kooperativinin üzvü olan 149 ölkə arasında keçirilən müsabiqədə Azərbaycan EMS (sürətli poçt) xidmətinə görə mükafatlandırılıb.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov «APA-Economics»ə bildirib ki, Azərbaycanın EMS xidməti 2007-ci ilin nəticələrinə əsasən üçüncü dəfə keyfiyyətə görə kooperativin qızıl səviyyəli sertifikatına layiq görülüb. Azərbaycanın EMS xidməti bundan əvvəl keyfiyyətə görə iki dəfə qızıl, iki dəfə gümüş, bir dəfə isə bürün səviyyəli sertifikat alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR