Bank Of Baku

Oktyabrda Azərbaycana «Range Rover» avtomobilinin yeni modeli gətiriləcək

Oktyabrda Azərbaycana «Range Rover» avtomobilinin yeni modeli gətiriləcək
# 15 avqust 2008 14:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda «Range Rover» avtomobilinin rəsmi distribütoru olan «Nurgün Motors» şirkəti bu ilin oktyabr ayında ölkəyə «Range Rover Sport» avtomobilinin 2008-ci il modelini idxal edəcək.
«Nurgün Motors» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, yeni model artıq bu ilin iyul ayında Avropa avtomobil bazarında satışa çıxarılıb. Bir sıra yeni funksiyalarla təchiz olunan «Range Rover Sport» iki rəngdə istehsal olunur (Alaska White və Lucerne Green). Avtomobilin yeni komplektasiyasına arxada oturan sərnişinlərin klimat-kontrolu idarə etməsi, ön və yan şüşələrin qızma sistemi, şüşələrin günəş şüalarından qorunma spesifikası və digər funksiyalar daxildir.
Qeyd edək ki, «Nurgün Motors» şirkəti Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin 4 satış və 3 servis mərkəzi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR