Bank Of Baku

Beynəlxalq Telekommunikasiya İttifaqı milli süni peykin buraxılması sahəsində Azərbaycana kömək göstərəcək

Beynəlxalq Telekommunikasiya İttifaqı milli süni peykin buraxılması sahəsində Azərbaycana kömək göstərəcək
# 15 avqust 2008 17:08 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. «Azərbaycan üçün geostasionar nöqtələrin alınması məqsədilə Beynəlxalq Telekommunikasiya İttifaqında (BTİ) qısa vaxt ərzində lazımı işlər görüləcək».
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bunu ÜPİ-nin 24-cü Konqresi çərçivəsində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşündə BTİ-nin Radiorabitə Bürosunun direktoru Valeri Timofeyev deyib. BTİ rəsmisinin sözlərinə görə, Azərbaycanın süni peykinin buraxılması ilə əlaqədar həyata keçirdiyi genişmiqyaslı və kompleks tədbirlər onu da sevindirir. V.Timofeyev qeyd edib ki, peykin buraxılması üçün BTİ-nin baş katibi Həmədun Turenin göstərişi əsasında Azərbaycana müvafiq kömək göstəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR