Bank Of Baku

Bakı-Tiflis marşrutu ilə aviauçuşlar avqustun 17-dən bərpa ediləcək

Bakı-Tiflis marşrutu ilə aviauçuşlar avqustun 17-dən bərpa ediləcək
# 15 avqust 2008 16:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayının 17-dən etibarən Bakı-Tiflis-Bakı marşrutu ilə sərnişin aviareyslərinin bərpası planlaşdırılır. Bu barədə «APA-Economics»ə «Azərbaycan Hava Yolları» QSC-dən (AZAL) məlumat verilib.
AZAL-dan bilirilib ki, iki ölkə arasında sərnişin aviareyslərinin yerinə yetirilməsi avqustun 11-dən dayandırılıb. Buna səbəb Gürcüstanda baş verən son hadisələr olub.
«Bakı-Tiflis marşrutu ilə uçuşlar bərpa edildikdən sonra aviaryslərin cədvəlində heç bir dəyişikliyin edilməsi nəzərdə tutulmur», - deyə AZAL-dan bildirilib.
Qeyd edək ki, Bakı-Tiflis sərnişin aviareysi həftənin yeddi günü ərzində, gündə iki dəfə olmaq şərti ilə yerinə yetirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR