Bank Of Baku

«Infiniti» avtomobilinin yeni kabriolet versiyası hazırlanır

«Infiniti» avtomobilinin yeni kabriolet versiyası hazırlanır
# 21 avqust 2008 09:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaponiyanın «Infiniti» avtomobil şirkəti G37 modelinin yeni kabriolet versiyasının istehsalına hazırlaşır.
«APA-Economics»in məlumatına görə, yeni model V6 silindirli mühərriklə təchiz olunacaq ki, həmin mühərrikin gücü 328 at gücünə bərabər olacaq. Bundan başqa avtomobil yeni effektiv əyləc sistemi və təkərlərin tam hərəkətə gətirmə sistemi (ATTESSA E-TSO) ilə təchiz olunacaq. «Infiniti G37» modeli «Scratch Shield» lakı ilə rənglənəcək ki, bu da, öz növbəsində, avtomobili cızıqlardan qoruyacaq.
Avtomobilin təqdimatı bu ilin noyabr ayında keçiriləcək, satışı isə gələn ilin yaz aylarında başlayacaq. İlk öncə «Infiniti G37» modeli ABŞ avtomobil bazarlarında satışa çıxarılacaq.
Qeyd edək ki, Azərbaycanda «Infiniti» avtomobillərinin rəsmi distribütoru 1996-cı ildən fəaliyyət göstərən «Nurgün Motors» şirkətidir. Şirkət Azərbaycanın avtomobil bazarında həmçinin «Nissan», «Ford», «Peugeot» və «Land Rover» avtomobillərinin rəsmi distribütorudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR