Bank Of Baku

Azərbaycanda çay keçidlərinin yuxarı və aşağı axarları boyunca qazıntı işlərinin aparılması üçün torpaq sahələrinin ayrılmasına qadağa qoyulub

Azərbaycanda çay keçidlərinin yuxarı və aşağı axarları boyunca qazıntı işlərinin aparılması üçün torpaq sahələrinin ayrılmasına qadağa qoyulub
# 25 avqust 2008 08:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Magistral boru kəmərlərinin, körpülərin, hidrotexniki qurğuların və yüksəkgərginlikli elektrik hava xətlərinin mühafizəsinin gücləndirilməsinə dair bəzi tədbirlər barədə» qərar qəbul edib.
Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, neft və qaz boru kəmərlərinin, yüksəkgərginlikli elektrik hava xətlərinin, körpülərin və hidrotexniki qurğuların mühafizəsi, onların təhlükəsiz və etibarlı istismarı üçün normal şəraitin yaradılması, baş verə biləcək hadisələrin qarşısının alınması məqsədi ilə çay keçidlərinin yuxarı və aşağı axarları boyunca 500 metrlik məsafədə faydalı qazıntıların, partlayışların, torpaq qazma işlərinin aparılması, çay yatağı materiallarının çıxarılması üçün aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən torpaq sahələrinin ayrılması, lisenziya və icazələrin verilməsi dayandırılsın.
Bundan əlavə, çay keçidinin yuxarı və aşağı axarları üçün 3 kilometrlik məsləhətləşmə zonası nəzərdə tutulmalıdır. Bu zona daxilində çay yatağında çay axarına təsir edəcək və eroziya ilə nəticələnə biləcək hər hansı fəaliyyətin aparılması, bənd və maneələrin tikilməsi üçün lisenziya, icazə və ya səlahiyyətlər verilməmişdən əvvəl istismarçı təşkilat xəbərdar edilməlidir. İstismarçı təşkilat öz növbəsində, çay keçidi üzrə belə fəaliyyətlərin nəticələri haqqında dövlət təşkilatlarına məlumat və məsləhət verməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR