Bank Of Baku

«Lada» ilk krossoverin istehsalına başlayır

«Lada» ilk krossoverin istehsalına başlayır
# 27 avqust 2008 08:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın VAZ avtomobil zavodu bu il Moskvada keçiriləcək beynəlxalq avtomobil sərgisində yeni krossover – «Lada C-Cross» modelini nümayiş etdirəcək.
«APA-Economics»in məlumatına görə, artıq 2012-ci ildə VAZ yeni modeli müxtəlif seriyalarda istehsal edəcək. Hazırda avtomobilin təxmini qiyməti də müəyyənləşib. Belə ki, «Lada C-Cross»un satış qiyməti 450 min Rusiya rublu (18,3 min ABŞ dolları) təşkil edəcək. Lakin bu qiymət hazırkı dövr üçün hesablanıb və 2012-ci ilədək inflyasiya nəzərə alınmaqla satış qiymətinin artacağı gözlənilir.
«Lada C-Cross» modeli Fransa istehsalı olan «Renault Megane» avtomobili əsasında yığılıb, lakin avtomobilin arxa hissəsini VAZ bilavasitə özü hazırlayıb.
Qeyd edək ki, «Lada C-Cross» avtomobili 2,0 litrlik mühərriklə təchiz olunacaq. Bu da avtomobilin maksimal sürətini 190 km/saat edəcək. Bununla yanaşı avtomobil hər 100 km məsafəyə 8,2 litr yanacaq sərf edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR