Bank Of Baku

Noyabrda Bakıda TransAvrasiya İnformasiya Magistralı layihəsinin təqdimatı keçiriləcək

Noyabrda Bakıda TransAvrasiya İnformasiya Magistralı layihəsinin təqdimatı keçiriləcək
# 27 avqust 2008 09:43 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Bu ilin noyabr ayının 11-dən 14-dək Böyük Britaniyanın «ITE Group» sərgi şirkəti və onun Qafqazdakı ekzklüziv tərəfdaşı «İteca Caspian»ın birgə təşkilatçılığı ilə Bakıda XIV Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi-Konfransı («BakuTel-2008») keçiriləcək.
«İteca Caspian»ın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, sərgidə informasiya texnologiyaları sahəsi üzrə fəaliyyət göstərən 140-dan artıq şirkətin iştirak edəcəyi gözlənilir. Bu il sərgidə kommersiya şirkətləri ilə yanaşı, 10-dan çox Koreya şirkətinin məhsul və xidmətlərini nümayiş etdirən milli stend, ilk dəfə olaraq, ORT Ümumdünya Teleradioyayım Şəbəkəsi təqdim olunacaq.
Həmçinin, tədbir çərçivəsində regional nazirlər görüşü də keçiriləcək. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkil etdiyi bu görüşün mövzusu «Yüksək sürətli TransAvrasiya İnformasiya Magistralı» olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR