Bank Of Baku

Azərbaycan dəmir yolunun Qızılburun-Gilgilçay hissəsində qatarların hərəkətinin dayandırılması müddəti daha bir gün uzadılıb

Azərbaycan dəmir yolunun Qızılburun-Gilgilçay hissəsində qatarların hərəkətinin dayandırılması müddəti daha bir gün uzadılıb
# 27 avqust 2008 12:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan dəmir yolunun Qızılburun-Gilgilçay xəttində qatarların hərəkətinin müvəqqəti dayandırılmasının müddəti uzadılıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin (ADDY) mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
«Bakı-Quba-Rusiya Federasiyası magistral avtomobil yolunun Qızılburun-Gilgilçay mənzilinin 2 546-cı kilometrində dəmir yolu xətti üzərindən keçən yeni 33 metrlik yol ötürücüsünün tikintisi ilə əlaqədar olaraq bu gün saat 07:00-dan 16:00-dək Qızılburun-Gilgilçay mənzilində hər iki yolda qatarların hərəkətini dayandırmaqla «Texniki pəncərə»nin verilmə müddəti daha bir gün uzadılıb», - deyə N.Əzməmmədov bildirib.
Qeyd edək ki, bununla əlaqədar avqustun 28-də saat 16:00-dək 609-610 saylı Keşlə-Yalama-Keşlə elektrik qatarı Qızılburun stansiyasından dövr etməklə geri qayıdacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR