Bank Of Baku

Rusiyadan Ermənistana və əks istiqmətdə aviareyslər Azərbaycanın üzərindən yerinə yetirilir

Rusiyadan Ermənistana və əks istiqmətdə aviareyslər Azərbaycanın üzərindən yerinə yetirilir
# 27 avqust 2008 13:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gürcüstanın aeronaviqasiya xidməti Rusiyanın «Volqaaviaekspress» şirkətinə Volqoqrad-İrəvan marşrutu ilə sərnişin aviareysinin Gürcüstan üzərindən yerinə yetirilməsinə xidmət göstərməkdən imtina edib.
«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, avqustun 25-də «Volqaaviaekspress» şirkəti «Yak-42» təyyarəsi ilə Volqoqrad-İrəvan marşrutu ilə uçan VLQ-303 sərnişin reysini yerinə yetirərkən Gürcüstanın hava məkanına daxil olan zamanı bu ölkənin aeronaviqasiya xidməti uçuşa xidmət göstərməkdən imtina edib. Rədd cavabı alan təyyarə istiqamətini dəyişərək Azərbaycan hava məkanından yararlanıb.
Rusiya və Ermənistanın hava hərəkətinin təşkili dövlət korporasiyaları Gürcüstan tərəfindən olunan imtinanın səbəblərinin açıqlamasını tələb edib. Lakin Gürcüstan tərəfi hələ də bu müraciətlərə cavab verməyib.
Qeyd edək ki, aviaşirkətlər uçuş marşrutlarını müstəqil şəkildə seçə bilər. Lakin Rusiyanın aeronaviqasiya xidməti bütün Rusiya aviaşirkətlərinə Gürcüstan üzərindən uçmamağı məsləhət görüb.
Volqoqrad-İrəvan aviareysinin Azərbaycan hava məkanından yerinə yetirilməsinə gədikdə isə, «Azərbaycan Hava Yolları» (AZAL) QSC-dən «APA-Economics»ə bildirilib ki, bu məsələ ilə bağlı AZAL-a rəsmi müraciət daxil olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR