Bank Of Baku

Azərbaycan «Volkswagen Tiguan» avtomobillinin idxalına başlayıb

Azərbaycan «Volkswagen Tiguan» avtomobillinin idxalına başlayıb
# 28 avqust 2008 10:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniya istehsalı olan «Volkswagen» avtomobillərinin Azərbaycandakı rəsmi dileri «Euro Style Ltd.» şirkəti ölkəyə yeni «Tiguan» modelinin idxalına başlayıb.
«Euro Style Ltd.» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, «Volkswagen Tiguan» avtomobilinin satış qiyməti 29,9 min manat təşkil edir.
Qeyd edək ki, bu yığcam krossoverin üstünlüyü onun unikal BLUETEC «Clean Diesel» mühərrikindədir. Çünki BLUETEC «Clean Diesel» artıq əksər ekspertlər tərəfindən ekoloji təmiz mühərrik kimi qiymətləndirilir. Dörd silindrdən (V4) ibarət olan avtomobilin mühhəriki 2,0 litr həcmindədir (150 at gücü).
Xatırladaq ki, «Euro Style Ltd.» şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin Bakıda 2 satış salonu və 2 servis mərkəzi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR