Bank Of Baku

“Akkord” Gürcüstana humanitar yardım göndərib

“Akkord” Gürcüstana humanitar yardım göndərib
# 29 avqust 2008 15:20 (UTC +04:00)
Bakı - APA. “Akkord İnşaat-Sənaye” ASC Rusiya və Gürcüstan arasında baş vermiş müharibə nəticəsində zərər çəkmiş gürcü şəhər və kəndlərinin əhalisinə yardım göndərib. ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya daxil olan məlumata görə, “Akkord İnşaat-Sənaye” ASC-nin Rusiya bombardmanından zərər çəkmiş Qori şəhərinin sakinləri üçün nəzərdə tutulmuş humanitar yardımı ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Afaq Quliyevanın rəhbərliyi ilə bu gün ünvanına çatdırılıb.

“Akkord”un 800 çarpayı və yataq dəstindən ibarət yardımının Qori sakinlərinə çatdırılmasında ASC-nin Gürcüstanda fəaliyyət göstərən törəmə şirkəti “Akkord-Zimo”nun nümayəndələri də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR