Bank Of Baku

Almatıda Böyük İpək Yolu şəhərlərinin merlərinin forumu keçiriləcək

Almatıda Böyük İpək Yolu şəhərlərinin merlərinin forumu keçiriləcək
# 30 avqust 2008 09:58 (UTC +04:00)
Almatı – APA. Bu ilin sentyabr ayının 3-də Almatıda (Qazaxıstan) Böyük İpək Yolu layihəsinin iştirakçısı olan şəhərlərin merlərinin forumu keçiriləcək. APA-nın məlumatına görə, toplantıda Avrasiyanın 15 ölkəsinin 25 meqapolisinin rəsmi nümayəndələri iştirak edəcəklər.
Bu, layihə çərçivəsində keçirilən üçüncü analoji forumdur. Tədbirdə regional turizmin inkişafı istiqamətində mövcud maneələrin aradan qaldırılması məsələsi müzakirə ediləcək. Əsas diqqət isə trnassərhəd bölgələrdə qeyri-effektiv idarəetmə, region dövlətləri üçün vahid vizanın olmaması və s. problemlərə yönəldiləcək. Forum iştirakçıları turizm sahəsindəki mövcud təcrübələri və müxtəlif layihələrin icrası haqqında məlumat verəcəklər.
Qeyd edək ki, tədbirdə layihə iştirakçısı və layihədə marağı olan ölkələrin (Azərbaycan, Ermənistan, Rusiya, Koreya, Polşa, Ukrayna, Əfqanıstan, İran, Türkiyə, Hindistan, Almaniya, İspaniya və Mərkəzi Asiya respublikaları) turizm və investisiya şirkətləri, dövlət qurumlarının nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR