Bank Of Baku

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının üzvləri Trans-Avropa dəmir və avtomobil yolları layihələrini müzakirə edəcək

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının üzvləri Trans-Avropa dəmir və avtomobil yolları layihələrini müzakirə edəcək
# 01 sentyabr 2008 08:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Sentyabrın 2-də Avstriyanın Holştat şəhərində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (AİK) Trans-Avropa dəmir yolu (TER) və Trans-Avropa avtomagistralı (TEM) layihələrinin Baş Planının müzakirəsi keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Nəqliyyat Nazirliyindən məlumat verilib.
Avstriyada 25 AİK ölkəsinin ekspertlərinin iştirakı ilə keçiriləcək iclasa Azərbaycan Nəqliyyat Nazirliyinin nümayəndələri də qatılacaq. İclasda Azərbaycanı Nəqliyyat Nazirliyi nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin sektor müdiri Əli Qasımov və beynəlxalq əlaqələr şöbəsinin sektor müdiri Şahin İsmayılov təmsil edəcəklər.
Tədbirdə 2004-2005-ci illərdə işlənib hazırlanmış TEM və TER layihələrinə yenidən baxılması və Baş Planın coğrafi əhatəsinin üzv ölkələr çərçivəsində genişləndirilməsi, nəqliyyat infrastrukturlarının inkişafı üzrə mövcud imkanlar və maneələr müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR