Bank Of Baku

Azərbaycana yeni «Hyundai Genesis» avtomobili gətiriləcək

Azərbaycana yeni «Hyundai Genesis» avtomobili gətiriləcək
# 01 sentyabr 2008 15:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Cənubi Koreyanın «Hyundai» avtomobillərinin Azərbaycanda rəsmi distribütoru olan «Hyundai Auto Azerbaijan» şirkəti bu ilin oktyabr ayının ortalarında ölkəyə yeni «Hyundai Genesis» modelini idxal edəcək.
«Hyundai Auto Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, təxminən 1,5 aydan sonra bu modeli nümayiş etdirmək üçün Azərbaycana ilk «Hyundai Genesis» gətiriləcək: «Lakin gələn ilin fevral ayında «Hyundai Genesis» modelinin ölkəyə kütləvi idxalına başlanacaq. Avtomobilin təxmini satış qiyməti isə 55 min ABŞ dolları təşkil edəcək».
Qeyd edək ki, yeni «Hyundai Genesis» modeli 3,8 litr həcmli (290 at gücü) mühərriklə təchiz olunub. Yeni model ilk dəfə olaraq bu ilin avqust ayında Moskvada (Rusiya) keçirilən beynəlxalq avtomobil sərgisində nümayiş olunub.
Xatırladaq ki, «Hyundai Auto Azerbaijan» şirkəti ölkədə 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin Bakı şəhərində 4 satış və 4 servis mərkəzi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR