Bank Of Baku

Naxçıvana yeni sərnişin avtobusları gətirilib

Naxçıvana yeni sərnişin avtobusları gətirilib
# 02 sentyabr 2008 09:08 (UTC +04:00)
Naxçıvan. C.Qurbanoğlu - APA. Azərbaycanın Naxçıvan şəhərinə yeni sərnişin avtobusları gətirilib. Naxçıvan MR Nəqliyyat Nazirliyindən APA-ya verilən məlumata görə, «King Long» markalı və Çin istehsalı olan bu avtobuslardan şəhərdaxili marşrutlarda istifadə olunacaq. İlkin olaraq şəhərə 4 analoji avtobus gətirilib. Yeni avtobusların hər birinin oturacaq sayı 25 yer, ümumi tutumu isə 48 nəfərdir.
Qeyd edək ki, Naxçıvan şəhərində sərnişindaşımada 6 marşrut üzrə 110-dan artıq avtobus və mikroavtobus xidmət göstərir. Son üç ildə paytaxta müxtəlif markalı 29 yeni avtobus gətirilib. Bunlardan 12-si «King Long» markalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR