Bank Of Baku

Azərbaycanın dörd şəhərində ilk fotoköşklər quraşdırılıb

Azərbaycanın dörd şəhərində ilk fotoköşklər quraşdırılıb
# 04 sentyabr 2008 08:11 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın Mingəçevir şəhərində fəaliyyət göstərən «Kür» Elektron Avadanlıqları Müəssisəsi ölkədə ilk dəfə olaraq fotoköşklərin istehsalına başlayıb.
«Kür»ün Bakı nümayəndəliyinin administratoru Mahmud Cəlilovun «APA-Economics»ə verdiyi məlumata görə, yeni köşklərin vasitəsi ilə istənilən şəxs telefon və ya fotoaparatla çəkdiyi şəkilləri köşkdə çap edə biləcək. Bunun üçün həmin şəkli telefonun və ya fotoaparatın bluetooth-u, disk və ya yaddaş kartı vasitəsilə fotoköşklərə köçürülməlidir: «Köşkün menyusu Azərbaycan, rus və ingilis dilində olacaq. Orada hansı dili istəyirsənsə, seçəcəksən və həmin dildə də proqram açılacaq. Şəkli çıxarmaq istəyən şəxs ona istədiyi dizaynı da verə bilər. Pulu köşkə atandan sonra isə çəkil çıxacaq».
M.Cəlilov bildirib ki, bu köşkdən şəklin çıxarılması 16 qəpiyə başa gəlir. Artıq köşkün biri Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Mingəçevirdə quraşdırılıb. Köşklərin birinin qiyməti təqribən 5 min ABŞ dollarıdır. Köşklərin kabinələri xarici ölkədə istehsal edilir, qalan hissələr isə zavodda yığılır.
M.Cəlilov əlavə edib ki, fotoköşklərdən Azərbaycanın ən tanınmış ali məktəblərinin binalarında da yerləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, «Kür» Elektron Avadanlıqları Müəssisəsi 2005-ci ildə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və «SİNAM» şirkəti tərəfindən yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR