Bank Of Baku

Azərbaycanda informasiya təhlükəsizliyi üzrə milli standartlar hazırlanır

Azərbaycanda informasiya təhlükəsizliyi üzrə milli standartlar hazırlanır
# 06 sentyabr 2008 10:49 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA-Economics. Azərbaycanda informasiya təhlükəsizliyi üzrə beynəlxalq standartlara uyğun milli standartlar hazırlanır. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu standartların hazırlanmasında müvafiq dövlət qurumlarının nümayəndələri də iştirak edir. Milli standartlar Azərbaycanın Avropa Şurasının “Kibercinayətkarlıq üzrə Konvensiyası”na qoşulması ilə əlaqədar hazırlanır. Azərbaycan bu sənədə bu ilin iyunun 30-da qoşulub. Qeyd edək ki, Avropa Şurasının “Kibercinayətkarlıq üzrə Konvensiyas”ı 2001-ci ilin noyabr ayında Budapeşt şəhərində qəbul olunub. Konvensiyanın yaradılmasının məqsədi müxtəlif ölkələrdə biri-birindən fərqlənən, kompüter cinayətləri haqqında qanunları razılaşdırmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR