Bank Of Baku

Bakıdan şimal istiqamətdə hərəkət edən sərnişin qatarlarının hərəkəti Sumqayıt-sərnişin stansiyasından keçməklə bərpa olunub

Bakıdan şimal istiqamətdə hərəkət edən sərnişin qatarlarının hərəkəti Sumqayıt-sərnişin stansiyasından keçməklə bərpa olunub
# 08 sentyabr 2008 08:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən Bakıdan şimal istiqamətdə hərəkət edən sərnişin qatarlarının hərəkəti Sumqayıt-sərnişin stansiyasından keçməklə bərpa olunub.
Azərbaycan Dövlət Dəmir Yolundan (ADDY) «APA-Economics»ə verilən məlumata görə, qatarların qeyd olunan istiqamətdə hərəkətinin bərpa olunması Bakı-Sərnişin-Nərimanov mənzilinin 3-cü kilometrində yol ötürücüsündə yenidənqurma işlərinin başa çatması ilə əlaqədardır.
Qeyd edək ki, Bakı-Sərnişin-Nərimanov mənzilinin 3-cü kilometrində yol ötürücüsündə yenidənqurma işlərinin aparılması ilə əlaqədar 2007-ci il oktyabr ayının 10-dan hər iki yolda qatarların hərəkəti dayandırılmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR