Bank Of Baku

«Azerfon» şirkəti baza stansiyalarının sayını 360-a çatdırıb

«Azerfon» şirkəti baza stansiyalarının sayını 360-a çatdırıb
# 08 sentyabr 2008 13:26 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti ölkə ərazisində yeni baza stansiyaları quraşdırıb.
«Azerfon»dan «APA-Economics»ə verilən məlumata görə, yeni stansiyalar Abşeron yarımadası, Bakı, Ağcabədi, Ağstafa, Qax, Lerik, Saatlı, Sabirabad, Salyan, Şəki, Şəmkir, Tovuz, Dəvəçi və Şamaxıda fəaliyyət göstərir.
Yay aylarında quraşdırılan 103 stansiyadan əlavə, sentyabrın əvvəlində daha 6 stansiya yerləşdirilib. Onların 2-si Bakıda, 1-i Abşeron yarımadasında, 1-i Dəvəçidə, 1-i Salyanda, 1-i Şamaxıdadır. Şəbəkəsi ölkə ərazisinin 80%-ni əhatə edən şirkətin baza stansiyalarının sayı artıq 360-a çatıb.
Qeyd edək ki, GSM standartlı mobil rabitə xidmətləri göstərilmək üçün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən 2005-ci il dekabrın 30-da lisenziya alan «Azerfon» kommersiya fəaliyyətinə 2007-ci il martın 21-də «Nar Mobile» ticarət nişanı ilə başlayıb. Hazırda «Nar Mobile» şəbəkəsindən 500 mindən çox abunəçi istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR