Bank Of Baku

Azərbaycanda regional innovasiya zonaları gələn ildən fəaliyyətə başlaya bilər

Azərbaycanda regional innovasiya zonaları gələn ildən fəaliyyətə başlaya bilər
# 10 sentyabr 2008 11:34 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva –APA-Economics. Azərbaycanda informasiya texnologiyaları yönümlü regional innovasiya zonaları 2009-cu ildən fəaliyyətə başlaya bilər. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazirin sözlərinə görə, regional innovasiya zonaları çərçivəsində məhsul və xidmət istehsalı, ixrac ilə məşğul olan yerli və xarici şirkətlər üçün güzəştli mühitin yaradılması nəzərdə tutulur. Ə.Abbasov hesab edir ki, bu zonanın fəaliyyətə başlaması ölkədə innovasiya yönümlü kiçik və orta sahibkarlığı inkişaf etdirəcək, iqtisadiyyatın inkişafına əlavə stimul verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR