Bank Of Baku

Əli Abbasov: «Azərbaycanın İnternet şəbəkəsinə beynəlxalq çıxış kanallarının sayının artırılmasına ehtiyac yoxdur»

Əli Abbasov: «Azərbaycanın İnternet şəbəkəsinə beynəlxalq çıxış kanallarının sayının artırılmasına ehtiyac yoxdur»
# 10 sentyabr 2008 12:29 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən İnternet provayderləri 2008-ci ilin birinci yarısında təklif etdikləri xidmətlərə tarifləri təxminən 30-35% endirib. Bu tendensiya hazırda da davam edir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazir əksər yerli provayderlərin belə endirim etməsinin əsas səbəbini Azərbaycanla Avropanı birləşdirən kanallar üzrə qiymətlərin aşağı enməsi ilə əlaqələndirib. Ə.Abbasov bildirib ki, bu gün Azərbaycan əhalisinin təqribən 18%-i İnternet istifadəçisidir. Hazırda Azərbaycan hər İnternet istifadəçisinə düşən orta xarici çıxış tutumuna görə Yaponiya, Koreya, Sinqapur kimi ölkələrlə müqayisə edilə bilər.
Nazir Azərbaycanın qlobal İnternet şəbəkəsinə giriş-cıxış trafikinin artırılması üçün yeni beynəlxalq kanalın açılmasına hələ ehtiyacın olmadığını da nəzərə çatdırıb. Ə.Abbasov qeyd edib ki, hazırda Azərbaycanın qlobal İnternet şəbəkəsinə giriş-çıxış trafikinin həcmi 6 Gb/saniyədir: «Bu, olduqca böyük tutumdur. Bu tutumun hətta müəyyən boş hissələri də var. Ona görə yeni beynəlxalq kanalların açılmasına ehtiyac yoxdur».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR