Bank Of Baku

Azərbaycanda 4 metallurgiya zavodu tukiləcək

Azərbaycanda 4 metallurgiya zavodu tukiləcək
# 10 sentyabr 2008 14:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda bir neçə metallurgiya müəssisəsinin inşası planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu «Daşkəsən Filizsaflaşdırma» ASC-nin baş direktoru Mehmet Kaya bildirib.

M.Kayanın sözlərinə görə, Daşkəsən rayonunda dəmir filizinin istehsalının, eləcə də xammaldan yeni məhsulların alınması məqsədi ilə 4 yeni zavod tikiləcək. Bu zavodlardan ikisi Gəncədə, ikisi isə Daşkəsəndə olacaq.

«Biz ildə Daşkəsəndən 5 mln. tonadək filiz çıxaracağıq. Saflaşdırma nəticəsində ildə 1 mln. ton saf dəmir istehsal ediləcək. Bu da hazırkı şəraitdə Azərbaycan üçün böyük göstəricidir», - deyə müəssisə rəhbəri vurğulayıb.

M.Kaya bildirib ki, 4 zavodun qurulmasına 700 mln. ABŞ dollarından artıq investisiyanın yatırılması planlaşdırılır.

Müəssisə rəhbəri qeyd edib ki, istehsal edilən məhsulların xaricə ixracı da planlaşdırılır. İxracın həcmi Azərbaycanın təlabatı nəzərə alınmaqla müəyyənləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR