Bank Of Baku

Yaxın vaxtlarda Bakı-Gürcüstan sərhədi avtomobil yolunun daha bir hissəsini yenidən quracaq şirkət müəyyənləşəcək

Yaxın vaxtlarda Bakı-Gürcüstan sərhədi avtomobil yolunun daha bir hissəsini yenidən quracaq şirkət müəyyənləşəcək
# 17 sentyabr 2008 11:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Yaxın vaxtlarda Bakı-Ələt-Gürcüstan sərhədi avtomobil yolunun Kürdəmir-Ucar hissəsinin yenidən qurulmasını həyata keçirəcək şirkətin adı açıqlanacaq. Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.
P.Mürsəliyevin sözlərinə görə, artıq tender proseduru başa çatıb və hazırda layihəni maliyyələşdirən Dünya Bankı ilə şirkətin seçimi prosesi gedir.
«Azəryolservis» nümayəndəsinin sözlərinə görə, 2 hərəkət zolaqlı, uzunluğu 42 km olan Kürdəmir-Ucar avtomobil magistralının yenidən qurulması layihəsi iki lota bölünüb. Birinci hissənin uzunluğu 20 km, ikinci hissənin uzunluğu isə 21 km-dir.
Layihə çərçivəsində yolun üzərində körpülərin və yol ötürücülərinin tikintisi, həmçinin kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi nəzərdə tutulur.
Kürdəmir-Ucar avtomobil magistralının yenidən qurulması layihəsini Finlandiyanın «Finroad» şirkəti hazırlayıb.
Qeyd edək ki, layihənin ümumi dəyəri 53 mln. manatdır. Layihəni Dünya Bankı (80%) və Azərbaycan hökuməti (20%) maliyyələşdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR