Bank Of Baku

AZAL bu həftədən Bakıdan Zaqatala və Lənkərana birbaşa uçuşlara başlayır

AZAL bu həftədən Bakıdan Zaqatala və Lənkərana birbaşa uçuşlara başlayır
# 22 sentyabr 2008 08:53 (UTC +04:00)
M.Səfərlinin sözlərinə görə, uçuşlar həftənin I, III və V günləri ATR markalı təyyarələrlə yerinə yetiriləcək. Biletlərin satış qiyməti isə hər iki tərəf üçün 82 manat, bir tərəfə isə 41 manatdır.
Qeyd edək ki, əvvəlcə sərnişin yığmaq üçün uçuşların Bakı-Gəncə-Zaqatala xətti üzrə həyata keçirilməsi planlaşdırılırdı. Lakin M.Səfərlinin sözlərinə görə, Bakıdan sərnişinlərin çox olması səbəbindən təyyarələr Zaqatalaya birbaşa uçacaq.
Qeyd edək ki, sentyabrın 27-dən isə AZAL Bakkıdan Lənkərana birbaşa uçuşlar yerinə yetirəcək.
Xatırladaq ki, Zaqatala hava limanı ötən həftənin sonunda açılıb.
Hazırda AZAL ölkə daxilində yalnız Bakı-Naxçıvan-Bakı və Bakı-Gəncə-Bakı marşrutları üzrə uçuşlar həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR