Bank Of Baku

Sabah Bakıda Azərbaycan-Almaniya biznes-forumu keçiriləcək

Sabah Bakıda Azərbaycan-Almaniya biznes-forumu keçiriləcək
# 22 sentyabr 2008 09:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sabah Almaniya-Azərbaycan İqtisadi Birliyinin (DAWF) təşkilatçılığı ilə Bakıda IX Azərbaycan-Almaniya biznes-forumu və əməkdaşlıq birjası keçiriləcək.

DAWF-ın Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Almaniyanın Baden Vürttemberq torpağının iqtisadiyyat nazirinin müavini Hans Freudenberqin başçılığı altında nümayəndə heyəti, həmçinin tikinti, kənd təsərrüfatı, infrastruktur, geyim, tibb, nəqliyyat və digər sahələri əhatə edən şirkət nümayəndələri iştirak edəcəklər.

Almaniya nümayəndə heyətinin başçısı səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək. Əməkdaşlıq birjası çərçivəsində Almaniya və Azərbaycan şirkətləri arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub. Biznes-forumda isə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin 300-ə yaxın nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, forumda Azərbaycan rəsmilərindən ölkənin iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarovun da iştirakı gözlənilir.

Bakıda keçiriləcək IX Azərbaycan-Almaniya biznes-forumu Almaniyanın Azərbaycandakı səfirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) dəstəyi ilə baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR