Bank Of Baku

Bakıda Qarşılıqlı Rouminq Ekspertlər Qrupunun iclası keçiriləcək

Bakıda Qarşılıqlı Rouminq Ekspertlər Qrupunun iclası keçiriləcək
# 23 sentyabr 2008 12:31 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. «Azercell Telecom» şirkətinin təşəbbüsü ilə bu ilin oktyabr ayının 27-30-da Bakıda GSM Assosiasiyası tərəfindən təşkil olunan Qarşılıqlı Rouminq Ekspertlər Qrupunun (QREQ) 55-ci iclası keçiriləcək. «APA-Economics»in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında «Azercell Telecom»un prezidenti Halim Ateş bildirib.
H.Ateşin sözlərinə görə, konfransda 50-dən çox ölkədən 120-dən artıq ekspert iştirak edəcək. Konfransda SS7 əsasında qurulmuş şəbəkələrdə təhlükəsizliyə qarşı cəhdlərdən və dələduzluq hallarından qorunma, Rouminq üzrə Məlumat Bazasının Elektron Mübadilə imkanları-İR.21, Rouminq və 3GPP şəbəkənin seçim üslublarının idarə edilməsi, NGMN-CSMA statusu barədə əməkdaşlıq sazişi, İP qarşılıqlı iş Alyansının (İPQİA) yeniləşməsi və SS7 şəbəkəsinin planlaşdırılması mövzuları üzrə müzakirələr aparılacaq.
H.Ateş bildirib ki, QREQ-in ötən ilki iclası Praqada (Çexiya) keçirilib. Bu təşkilatın illik iclası regionda ilk dəfə olaraq, Bakıda keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR