Bank Of Baku

Gəncədə 2-ci Gəncə Beynəlxalq İnfrastruktur və 2-ci Azərbaycan Regional İnşaat sərgiləri açılıb

Gəncədə 2-ci Gəncə Beynəlxalq İnfrastruktur və 2-ci Azərbaycan Regional İnşaat sərgiləri açılıb
# 23 sentyabr 2008 13:28 (UTC +04:00)
Gəncə-Nəzakət Məşədiəliqızı-APA. Bu gün Gəncə şəhərində İqtisadi İnkişaf Nazirliyi, Ticarət və Sənaye Palatasının, şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2-ci Gəncə Beynəlxalq İnfrastruktur və 2-ci Azərbaycan Regional İnşaat Sərgilərinin açılış mərasimi keçirilib. APA-nın qərb bürosunun məlumatına görə, sərgidə inşaat, xidmət, bank və sığorta sahəsində biznes təklifləri nümayiş etdirib. Sərgidə 40-a yaxın biznes və sahibkarlıq strukturu təmsil olunub. Sərgidə iştirak edən İteka Kaspian şirkətinin direktor müavini Bəhruz Hidayətzadə APA-nın əməkdaşına bildirib ki, ötən il keçirilən sərgidə iştirak edən şirkətlər bu il çoxlu sayda yeni təkliflər alıb və işgüzar münasibətlər qurublar. Onun sözlərinə görə, bu sərgidə aparıcı şirkətlər çoxluq təşkil edir. B. Hidayətzadə bildirib ki, sərginin keçirilməsi regionda və mərkəzdə fəaliyyət göstərən şirkətlər arasında əlaqə yaratmaq məqsədi daşıyır. Direktor müavini deyib ki, sərgi bazarın tendensiyalarına dair ətraflı məlumat almaq, işgüzar əlaqələr yaratmaq üçün daha bir imkandır. B. Hidayətzadə gələcəkdə analoji sərgilərdə iştirakçıların sayının artırılmasının nəzərdə tutulduğunu açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR