Bank Of Baku

Bakıda Əzizbəyov metrostansiyasının yaxınlığındakı körpünün bir hissəsi istifadəyə verilib

Bakıda Əzizbəyov metrostansiyasının yaxınlığındakı körpünün bir hissəsi istifadəyə verilib
# 23 sentyabr 2008 14:29 (UTC +04:00)
Bakı-APA. Bu gün Bakıda Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində inşa olunan yeni yol qovşağının bir hissəsi istifadəyə verilib. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev körpünün açılış mərasimində iştirak edib.
Nəqliyyat naziri Ziya Məmmədov prezidentə yol qovşağının Bakının mərkəzi ilə ətraf yaşayış məntəqələrini və hava limanını əlaqələndirəcəyi barədə məlumat verib.
Prezident İlham Əliyev yol qovşağının birinci hissəsinin açılışını bildirən lenti kəsib.
Prezident daha sonra Heydər Əliyev prospektində Əzizbəyov dairəsindən Ramstor dairəsinədək ərazidə aparılan yenidənqurma işləri ilə də tanış olub.
Qeyd edək ki, bu gün açılışı keçirilən yol ötürücüsünün bir hissəsinin ümumi uzunluğu 1286 metrdir. Layihəyə əsasən yol qovşağının 936 metri 4 cərgəli, eni 23,4 metrdir, 350 metri isə 2 cərgəli, eni 11,4 metrdir. İstinad divarları 710 metr təşkil edir. Tikinti işlərinə 2006-cı ilin martında başlanılıb. Yol qovşağını “Azərkörpü” Səhmdar Cəmiyyəti inşa edir. Burada 65 metr uzunluğunda körpü aşırımları var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR