Bank Of Baku

Azərbaycanın iki rayonunda seysmik stansiya tikiləcək

Azərbaycanın iki rayonunda seysmik stansiya tikiləcək
# 23 sentyabr 2008 14:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi Kürdəmir və Xızı rayonlarında seysmik stansiya tikmək məqsədilə açıq tender elan edib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tenderlərdə iştirak etmək istəyənlər hər rayon üzrə 150 manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar sənədlərini bu ilin oktyabrın 28-dək, tender təkliflərini isə noyabrın 5-dək təqdim etməlidir.
Qeyd edək ki, təkliflər zərflərinin açılma prosedurası noyabrın 6-da keçiriləcək.
Əlaqə telefonu: (+994 12) 492-34-37; 492-14-55.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR