Bank Of Baku

Azərbaycanın aparıcı mobil rabitə operatoru bazarda 65% paya malikdir

Azərbaycanın aparıcı mobil rabitə operatoru bazarda 65% paya malikdir
# 23 sentyabr 2008 14:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Bu ilin sonuna kimi «Azercell Telecom» şirkətinin abonentlərinin sayının 14,3% artaraq 4 mln. nəfərə çatacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu «Azercell Telecom»un prezidenti Halim Ateş bildirib.
H.Atesin sözlərinə görə, hazırda 3,5 mln. nəfər abonenti olan şirkət Azərbaycanda fəaliyyət göstərdiyi 12 il ərzində ümumilikdə 1 mlrd. ABŞ dollarına yaxın sərmayə yatırıb. Bu ilin yanvar-iyun aylarında «Azercell»in yatırdığı sərmayənin həcmi isə 40 mln. dollar olub. Həmin müddətdə dövlətə 50 mln. dollar, ümumilikdə 12 il ərzində isə 500 mln. dollara yaxın vergi ödənilib. Hazırda «Azercell» Azərbaycanda qeyri-neft sektorunda ən çox sərmayə yatıran şirkətdir.
H.Ateş onu da əlavə edib ki, 12 ildə «Azercell»in 6-7 mln. mobil telefon nömrəsi satılıb. Amma həmin nömrələrin yalnız 3,5 mln-u istifadə edilir.
H.Ateş hazırda şirkətin Azərbaycanın mobil rabitə xidmətləri bazarında 65% paya sahib olduğunu da açıqlayıb.
Şirkət prezidenti qeyd edib ki, hazırda «Azercell»də çalışan 740 işçinin yalnız 5-i (4-ü Türkiyə, 1-i Özbəkistan) xarici vətəndaşdır. H.Ateşin sözlərinə görə, şirkətdə ondan sonra ən yüksək vəzifəni tutanların biri türk, biri özbəkdir. Qalan rəhbər vəzifələrdə isə azərbaycanlılar çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR