Bank Of Baku

Sabah Odessada «Qara dəniz kruizləri» mövzusunda beynəlxalq konfrans keçiriləcək

Sabah Odessada «Qara dəniz kruizləri» mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 23 sentyabr 2008 15:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Sentyabrın 24-25-də Odessa şəhərində (Ukrayna) Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) dəstəyi ilə «Qara dəniz kruizləri» mövzusunda I beynəlxalq konfrans keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.
Konfransda Dövlət Dəniz Administrasiyasının əməkdaşı Fuad Mərdiyev iştirak edəcək.
Tədbirdə həmçinin Türkiyə, ABŞ, İtaliya, Ukrayna, Bolgarıstan, Rumıniya, Rusiya, Yunanıstan, Gürcüstan, İspaniya və digər ölkələrin nümayəndələrinin iştirakı gözlənilir.
Konfransda Qara dəniz sahillərində turizmin inkişafı, Krım yarımadasında dəniz turizmi və s. məsələlərin müzakirəsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR