Bank Of Baku

Bakıda Şimal-Cənub layihəsi üzrə Azərbaycan, Rusiya və İran dəmiryolçularının görüşü keçiriləcək

Bakıda Şimal-Cənub layihəsi üzrə Azərbaycan, Rusiya və İran dəmiryolçularının görüşü keçiriləcək
# 25 sentyabr 2008 08:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Oktyabrın ilk dekadasında Bakıda Azərbaycan, Rusiya və İran dəmir yolu administrasiyaları rəhbərlərinin görüşü planlaşdırılır. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Dəmir Yolundan (ADDY) məlumat verilib.
Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində tikinti işlərini aparacaq və gələcəkdə istismar edəcək konsorsiumun yaradılması, işlərin maliyyələşdirilməsi və s. məsələlərin müzakirəsi və müvafiq sənədlərin imzalanması gözlənilir. Görüş zamanı işçi qrupları tərəfindən hazırlanmış bəzi sənədlər razılaşdırılacaq.
Toplantıda həmçinin «Rusiya Dəmir Yolları» ASC-nin işlərin sürətləndirilməsi üçün layihə ilə bağlı təqdim etdiyi «Birgə əməkdaşlıq konsepsiyası»nın biznes-planına baxılacaq.
Qeyd edək ki, Şimal-Cənub nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 2000-ci ilin sentyabr ayında imzalanıb. Razılaşma bütün nəqliyyat növlərinə – dəmir yolu, dəniz, çay, avtomobil və hava nəqliyyatına aiddir. Proqnozlara görə, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsi ilə sonrakı mərhələlərdə daşınan yüklərin həcmi ildə 15 mln. tona qədər artacaq.
Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində Azərbaycanda 8,5 km yeni dəmir yolu, hər biri 1 050 metr olmaqla 4 stansiya yolu, sərhəddə gömrük, viza və təkər dəyişmə məntəqəsi inşa olunacaq. Bundan başqa, İranla birgə Astara çayı üzərindən 101 metr uzunluğunda körpü inşa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR