Bank Of Baku

Moskvada Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiya Şurasının növbəti iclası keçiriləcək

Moskvada Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiya Şurasının növbəti iclası keçiriləcək
# 25 sentyabr 2008 09:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari il oktyabrın 7-8-də Moskvada (Rusiya) Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiya Şurasının növbəti, XXXIV iclası keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə ADDY-ni Azərbaycan dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov, «Daşıma proseslərini idarəetmə» Birliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Naib Quliyev təmsil edəcəklər.
Tədbir çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR