Bank Of Baku

Azərbaycanda CAREC Proqramı üzrə yüksək vəzifəli şəxslərin iclası keçirilir

Azərbaycanda CAREC Proqramı üzrə yüksək vəzifəli şəxslərin iclası keçirilir
# 25 sentyabr 2008 09:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) üzrə yüksək vəzifəli şəxslərin iclası işə başlayıb.
AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə iştirak edən Azərbaycanın nümayəndə heyətinə ölkənin CAREC Proqramı üzrə baş əlaqələndiricisi, İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev başçılıq edir. Nümayəndə heyətinə həmçinin Sənaye və Energetika, Nəqliyyat nazirlikləri və Dövlət Gömrük Komitəsinin təmsilçiləri daxildir. İki gün davam edəcək iclasda CAREC-in üzv ölkələrindən olan rəsmi şəxslər, habelə AİB-in Mərkəzi və Orta Asiya üzrə Departamentinin baş direktorunun müavini Şon O’Sallivan, Mərkəzi və Orta Asiya üzrə Əlaqələndirmə Departamentinin direktoru Robert Siy, Mərkəzi və Orta Asiya üzrə İnfrastruktur Departamentinin direktoru Honq Vanq və digər rəsmilər iştirak edirlər. Toplantı qapalı şəraitdə keçirilir.
Qeyd edək ki, iki gün bundan əvvəl Bakıda CAREC proqramı çərçivəsində Ticarət Siyasəti üzrə Əlaqələndirmə Komitəsinin iclası da keçirilib.
Xatırladaq ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir və bu qurumlar 2006-2008-ci illər ərzində energetika, nəqliyyat və ticarət sahələrində həyata keçirilən investisiya layihələrinin icrasına 2,3 mlrd. dollar həcmində 42 kredit ayırmağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR