Bank Of Baku

Bakı Metropolitenində yaranmış gediş kartlarının çatışmazlığı problemi həll olunub

Bakı Metropolitenində yaranmış gediş kartlarının çatışmazlığı problemi həll olunub
# 25 sentyabr 2008 09:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bakı Metropolitenində yaranmış gediş kartlarının çatışmazlığını aradan qaldırmaq məqsədi ilə ölkəyə 100 min ədəd analoji kart gətirilib. Bu barədə «APA-Economics»ə açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib.
«Bu məqsədlə biz Ukraynaya 400 min kart sifariş vermişik. Artıq Azərbaycana 100 min kart gətirilib. Sifarişin növbəti hissəsi isə yaxın aylarda gətiriləcək», - deyə metropoliten rəisi vurğulayıb.
T.Əhmədov bildirib ki, kart çatışmazlığı sərnişin sıxlığının artması nəticəsində yaranıb.
Qeyd edək ki, bir həftəyə yaxındır ki, Bakı Metropoliteninin bütün stansiyalarında gediş kartlarının satışı dayanıb. Metropolitenin xəzinədarları bunu satışa çıxarılmış kartların qurtarması ilə əlaqələndiriblər. Bakı metrosunda 1 gediş haqqı 5 qəpik (0,06 dollar), kartın qiyməti isə 2 manat (2,4 dollar) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR