Bank Of Baku

Britaniyada dünyanın ən bahalı avtomobili satılıb

Britaniyada dünyanın ən bahalı avtomobili satılıb
# 25 sentyabr 2008 11:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Böyük Britaniyada avtomobillərin satış qiyməti üzrə dünya rekordu qeydə alınıb. «APA-Economics»in məlumatına görə, «Ferrari 250 GTO» idman avtomobili hərracda 20 mln. avroya (təxminən 29 mln. dollar) satılıb.
Qeyd edək ki, satılmış avtomobil həqiqətən unikaldır. Ümumilikdə, cəmi 39 belə avtomobil istehsal olunub və onu yalnız Enso Ferrarini şəxsən tanıyanlar ala bilərdi. Ötən əsrin 60-cı illərində «Ferrari 250 GTO» avtomobilinin qiyməti 18 min dollar olub. Dünyada ən yaxşı idman maşını məhz bu avtomobili hesab olunur.
Qeyd edək ki, avtomobil 300 at gücünə malik olan 12 silindrli mühərriklə təchiz olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR