Bank Of Baku

Azərbaycanda yeni regional beynəlxalq sərgi keçiriləcək

Azərbaycanda yeni regional beynəlxalq sərgi keçiriləcək
# 25 sentyabr 2008 11:33 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Böyük Britaniyanın «İTE Group» sərgi şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «İteca Caspian» şirkəti Azərbaycanın Naxçıvan Muxtar Respublikasında regional infrastruktur sərgisi keçirəcək. Bu barədə «APA-Economics»ə açıqlamasında «İteca Caspian»ın direktoru Fərid Məmmədov məlumat verib.
F.Məmmədovun sözlərinə görə, Naxçıvan regional infrastruktur sərgisinin gələn il keçirilməsi nəzərdə tutulur. Sərgidə Muxtar Respublikanın bütün infrastrukturunu əhatə edən sahələr üzrə stendlər nümayiş olunacaq. F.Məmmədov bildirib ki, Naxçıvanda keçiriləcək sərgi Gəncə Beynəlxalq İnfrastruktur Sərgisindən sonra ikinci regional sərgi olacaq. Şirkət rəhbərinin sözlərinə görə, hazırda yeni sərginin keçirilməsi üçün marketinq araşdırmaları aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR