Bank Of Baku

Yaxın vaxtlarda Azərbaycanda donanmanın yeniləşdirilməsi proqramı təsdiqlənəcək

Yaxın vaxtlarda Azərbaycanda donanmanın yeniləşdirilməsi proqramı təsdiqlənəcək
# 25 sentyabr 2008 14:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Yaxın vaxtlarda Azərbaycan donanmasının yeniləşdirilməsi proqramının dövlət başçısı səviyyəsində təsdiq ediləcəyi gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanov bildirib.
Q.Qurbanovun sözlərinə görə, 2008-2012-ci illəri əhatə edəcək proqram çərçivəsində yeni dəniz limanının, gəmiqayırma zavodunun tikintisi, həmçinin tanker parkının, bərə terminalının yeniləşdirilməsi nəzərdə tutulur. Proqram çərçivəsində 6 bərə və 14 tankerin alınması planlaşdırılır.
Qeyd edək ki, bu günədək ARDDA tərəfindən 987 gəmi qeydiyyata alınaraq onlara Azərbaycan bayrağı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR