Bank Of Baku

TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Brüsseldə keçirilən iclası başa çatıb

TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Brüsseldə keçirilən iclası başa çatıb
# 13 oktyabr 2008 08:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi və Milli Katiblərinin Brüsseldə (Belçika) keçirilən toplantısı başa çatıb. Bu barədə «APA-Economics»ə TRACECA-nın Azərbaycan Milli Katibliyinin rəhbəri Akif Mustafayev məlumat verib.
A.Mustafayevin sözlərinə görə, bir sıra maliyyə institutu, nəqliyyat üzrə ekspertlər və Avropa Komissiyasının səlahiyyətli nümayəndələrinin də iştirak etdiyi tədbirdə TRACECA-nın gələcək inkişafı, TRACECA-nın inkişafına yönəlmiş prioritet investisiyaların müəyyən edilməsi metodologiyası müzakirə olunub. Daimi Katiblik, milli katiblər və Avropa Komissiyası nümayəndələrinin işçi görüşündə TRACECA-nın fəaliyyət strategiyasının 2008-2009-cu illərdə yerinə yetirilməsinə baxılıb, milli katiblərin hesabatları dinlənilib.
A.Mustafayevin sözlərinə görə, iclasda cari layihələrin gedişi, dəniz, yerüstü daşımaların təhlükəsizliyi, logistika mərkəzinin texniki layihəsi, yük axınlarının proqnozlaşdırılması və s. məsələlər müzakirə olunub. Tədbirin sonunda TRACECA-nın üzv ölkələrinin nəqliyyat nazirlərinin yubiley konfransının cari il dekabrın 4-də Bakıda keçirilməsinə hazırlıqla bağlı tövsiyələr verilib.
Qeyd edək ki, mərkəzi qərargahı Bakıda yerləşən TRACECA Hökumətlərarası Komissiyası 1998-ci ildə yaradılıb. Quruma Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Moldova, Ukrayna, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan və Ermənistan daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR