Bank Of Baku

Gələn il Azərbaycana yeni «Mitsubishi» avtomobilləri gətiriləcək

Gələn il Azərbaycana yeni «Mitsubishi» avtomobilləri gətiriləcək
# 13 oktyabr 2008 09:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın vaxtlarda Yaponiyanın «Mitsubishi» avtomobil şirkəti iki yeni modelin istehsalına başlayacaq. Bu barədə «APA-Economics»ə «Mitsubishi» avtomobillərinin Azərbaycandakı rəsmi dileri olan «Diamond Motors» şirkətindən məlumat verilib.
«Yaponiya istehsalçısı yeni «Galant» və «Pajero Sport» modellərinin istehsalına hazırlaşır. İşlər plan üzrə gedərsə, artıq gələn il ərzində bu yeni modellər Azərbaycana da idxal oluna bilər. Şübhəsiz ki, hər iki modelin parametrlər və dizaynında dəyişikliklər olacaq», - deyə «Diamond Motors» şirkətindən bildirilib.
Hazırda Azərbaycanın avtomobil bazarında 2,4 litr həcmində «doqquzuncu» nəsil «Mitsubishi Galant» və 3,0 litr həcmində olan «Mitsubishi Pajero» avtomobilləri mövcuddur.
Qeyd edək ki, «Diamond Motors» şirkəti Azərbaycanda 2006-cı ilin noyabr ayından fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR