Bank Of Baku

Azərbaycan nümayəndələri «CeBIT Bilişim Eurasia-2008» sərgisində iştirak ediblər

Azərbaycan nümayəndələri «CeBIT Bilişim Eurasia-2008» sərgisində iştirak ediblər
# 13 oktyabr 2008 09:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RITN) nümayəndə heyəti oktyabrın 7-12-də İstanbul şəhərində (Türkiyə) keçirilən «CeBIT Bilişim Eurasia-2008» sərgi və konfransında iştirak edib.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, 21 ölkədən 1000-ə yaxın şirkətin məhsulları nümayiş etdirilən bu tədbirdə təqribən 160 min ziyarətçi qeydə alınıb. Sərgi çərçivəsində bir çox forum və konfranslar keçirilib. «Future at Telecom Conference» adlı konfransda RİTN-in strateji planlaşdırma və elmi potensial şöbəsinin müdiri İsfəndiyar Əliyev məruzə ilə çıxış edib.
Sərgidə ənənəvi bölmələrlə bərabər, E-hökumət, innovasiya, rəqəmli həyat və digər bölmələr də nümayiş etdirilib, mobil rabitə sektoru geniş təqdim olunub. Tədbirdə həmçinin bələdiyyə orqanları da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR