Bank Of Baku

Azərbaycanda ilk dəfə «Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri» adlı beynəlxalq sərgi keçiriləcək

Azərbaycanda ilk dəfə «Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri» adlı beynəlxalq sərgi keçiriləcək
# 13 oktyabr 2008 09:19 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu ilin noyabr ayının 5-də Bakıda Böyük Britaniyanın «İTE Group» sərgi şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «İteca Caspian»ın təşkilatçılığı ilə «Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri» Xəzər Beynəlxalq Sərgisi keçiriləcək.
«İteca Caspian» şirkətinin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Qafqazda ilk dəfə keçirilən «Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri» sərgisinin məqsədi Azərbaycanın təhlükəsizlik sferasında yeni texnologiyaların tətbiqinə nail olmaq, bu sahəyə dair yeni məlumatları potensial istehlakçılara təqdim etməkdir.
Noyabrın 7-dək davam edəcək sərgidə 11 ölkədən 50-dən çox şirkətin iştirakı gözlənilir. İştirakçılar arasında «Delta Group» (Azərbaycan), «Eliks Group» (Rusiya), «Hitas» (Türkiyə), «İdrak Texnoloji Transfer» (Azərbaycan), «AXİS Communications» (İsvecrə), «Padilta» (İspaniya), «STA plus Group» (Rusiya) şirkətləri və s. var.
Sərgi çərçivəsində ixtisaslaşdırılmış seminarın keçirilməsi də planlaşdırılır. Tədbirdə daxilolma siqnalizasiyası, mühafizə və müşahidə sistemləri, girişə nəzarət, yanğın təhlükəsizliyi, mərkəzləşdirilmiş həyəcan siqnalı sistemləri və s. üzrə stendlər nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR