Bank Of Baku

Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd edilir

Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd edilir
# 13 oktyabr 2008 10:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bu gün Azərbaycan dəmiryolçuları peşə bayramlarını qeyd edirlər. «APA-Economics»in məlumatına görə, bu münasibətlə Azərbaycan Dövlət Dəmir Yolunda (ADDY) tədbir keçirilib.
Tədbirdə çıxış edən ADDY-nin baş mühəndisi Qurban Nəzirov bildirib ki, cari ilin yanvar-sentyabr aylarında dəmir yolu ilə 21 mln. ton yük, 4,5 mln. nəfər sərnişin daşınıb. ADDY-nin stansiyalarından isə 13 mln. ton yük yola salınıb ki, bunun da 8,5 mln. tonunu neft və neft məhsulları təşkil edib. Hesabat dövründə 42 km yol müxtəlif təmirdən keçirilib. Bu ilin yükdaşıma proqnozu 30 mln. ton, sərnişindaşıma proqnozu isə 5 mln. nəfər səviyyəsində nəzərdə tutulub.
Q.Nəzirov son illər ADDY-nin beynəlxalq daşımaçılıqda mühüm rol oynadığını, regionda Bakı-Tiflis-Qars və Şimal-Cənub nəqliyyat dəhlizi kimi layihələrin reallaşdırılması istiqamətində mühüm işlərə başlandığını vurğulayıb.
Daha sonra çıxış edən dəmiryolçular görülən işlərdən danışıb, ayrı-ayrı strukturların rəhbərlərinin hesabatları dinlənilib.
Qeyd edək ki, ADDY 1880-ci ildə yaradılıb. Hazırda Azərbaycanda dəmir yollarının uzunluğu 2 944 km, istismar uzunluğu isə 2 122 km təşkil edir. Dəmir yolu xəttinin 1 277,1 km-i (60%) elektrikləşdirilib.
ADDY-nin balansında 473 lokomotiv (278 lokomotivin istismar müddəti başa çatıb), SR3 markalı 2 ədəd və ER2 markalı 71 ədəd elektrik qatarı, 734 sərnişin (32 «SV», 227 «Kupe», 340 «Plaskart» tipli) vaqonu var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR